Bakıda COVID-19 xəstəsinə cinayət işi açılıb

img

03-12-2020 [15:54]


Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə aktiv COVID-19 xəstəsi olan Bakı şəhər sakini, 34 yaşlı Mahmud Məmmədov müəyyən olunaraq saxlanılıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.

Onun barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı