Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib

img

01-12-2020 [13:19]


Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib.

Məlumata görə, XII turun “Qəbələ” – “Qarabağ” oyunu ilə XIX turun “Qarabağ” – “Qəbələ” matçlarının yeri dəyişdirilib.

Komandalar dekabrın 6-da Bakıda üz-üzə gələcək. Buna “Qarabağ”ın Peşəkar Futbol Liqasına müraciəti səbəb olub.

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən Ağdam klubu qitə miqyaslı oyunlarını Azərbaycandan kənarda keçirdiyini əsas gətirib və vaxt məhdudiyyəti səbəbindən görüşlərin yerinin dəyişdirilməsini istəyib. “Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA