Prezident daha bir "Milli Fəaliyyət Planı”nı təsdiqlədi - Sərəncam

img

27-11-2020 [17:36]


Prezident İlham Əliyev “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir.

Həmin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA