Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu... - Debat və müzakirələr + VİDEOLAR
CƏMİYYƏT
27.11.2020, 15:33
“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Könüllülər İli” çərçivəsində elan etdiyi müsabiqə üzrə qalib olmuş “Könüllü inkişaf" - maarifləndirmə, mediada və sosial şəbəkələrdə geniş təşviqat kampaniyasının təşkili adlı layihə icra edir.
Mia.az xəbər verir ki, layihə çərçivəsində təşkilat ekspertlərin tövsiyələri əsasında gənclərin könüllülüyə cəlb olunması, bunun cəmiyyətə, dövlətə faydaları, gənclərin özünə qazandırdığı imkanlar barədə motivasiya xarakterli çağırış, maarifləndirici mətn hazırlayıb. Gənclər könüllü olmaqla hansı faydaları verir və özü üçün nələr qazanır?
Könüllülük vətəndaş cəmiyyətinin formalaşması, sosial problemlərin həllində olduqca mühüm bir hərəkatdır.
Azərbaycanda da könüllülük çox ciddi şəkildə inkişaf edir və ölkə rəhbərliyi buna çox ciddi dəstək, önəm verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2020-ci il məhz könüllülər ili elan edib.
Könüllülüyün tarixi 17-ci əsrə gedib çıxsa da, bu proses XX əsrin ikinci yarısından etibarən həmrəylik və sosial məsuliyyətlə birlikdə sistemləşərək, dünya boyunca bir hərəkata çevrilib.
Azərbaycanda könüllülük hərəkatının yüksəlişi Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Gənclər Forumunun keçirilməsi, “Gənclər günü”nün təsis edilməsi 1995-1996-cı illərin ictimai-siyasi gərginliyində gənclər üçün bir stimul oldu.
1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə könüllü komandası yaradılıb. Bu, Prezident İlham Əliyev siyasətinin də prioritet istiqamətidir.
Azərbaycanın brendi olan “ASAN xidmət”in yaranmasından sonra isə belə deyək ki, həyatımızı könüllülərsiz təsəvvür etmək mümkün deyil.
Hazırda könüllü kimi “ASAN xidmət” mərkəzlərində təcrübə keçmiş, püxtələşmiş 10 mindən artıq gənc bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə bacarıqlı kadrlar kimi özlərini doğruldurlar.
"Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1" və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü töhfə verib...
Biz xüsusi ilə pandemiya dövründə könüllülük hərəkatının nə qədər vacib olduğunu bir daha gördük: aztəminatlı ailələrə yardımlarıən çatdırılmasında, yaşlı və fiziki məhdudiyyətli şəxslərin məişət qayğılarının qarşılanmasında mühüm rol oynadılar. Həmçinin, neçə illərdir ölkə boyunca həyata keçirilən ağac əkmə kampaniyalarında, dəniz sahillərinin, müxtəlif parkların, ərazilərin təmizlənməsində onları daim aktiv görürük.
Əslində, Könüllülük fəaliyyəti dünyada çox geniş yayılıb. Müxtəlif qurumlar, ictimai təşkilatlar kommunikasiyanın təmin olunması, ölkələrin PR-nın qurulması, yaxud digər səbəblərdən könüllülük şəbəkələri yaradır, təmənnasız fəaliyyəti təmin edir. Burada ən mühüm olan amillərdən biri də, gənclərin kadr kimi yetişməsi, önə çıxması üçün şərait və motivasiyadır.
Gənclər könüllülük hərəkatında qazandıqları təcrübəni – davranış, qayğı və insanlarla işləmək vərdişlərini qazanır və müxtəlif işlərə keçdikdə, sağlam bir kadr kimi ölkənin inkişafı üçün davam edirlər. Habelə, müxtəlif layihələr çərçivəsində xarici ölkələrə səyahət etmək, dil öyrənmək, yeni tanışlıq imkanları qazanırlar.
Ən əsası, gənclər bu hərəkatda həyatda yerini dəqiq müəyyən edir – bacardığı, ən uğurlu görə biləcəyi iş, sahə nədirsə, ona yön alırlar. Bu, həm gənclərin uğuruna çevrilir, həm cəmiyyət və dövlət qazanır.
Biz indi elə dövrə qədəm qoyuruq ki, qarşıdakı illərdə könüllülərə daha çox ehtiyacımız var: Qarabağımızı işğaldan azad etmişik! Əlbəttə, qarşıdakı müddətdə işğaldan azad edilmiş torpaqlarımızda görüləcək iqtisadi-sosial inkişaf prosesində, məcburi köçkünlərin doğma yurdlarına qayıtması zamanı könüllülərə daha çox ehtiyac duyulacaq. Xüsusi ilə bölgələrdə könüllülər bu fəaliyyətə cəlb olunmalıdır.
Bunun üçün nə etməli?
Əlbəttə, ilk iş maariflənmə və könüllülüyün əhəmiyyəti, onun gənclərə qazandıracağı imkanları izah etməkdir.
Gənclər, tələbələrə, yeni məzunlar könüllü olaraq bölgələrdə daha çox uğurlar qazana, daha çox faydalar verə bilərlər. Rayonlardakı ekoloji tarazlığın qorunması, sosial problemlərin həlli istiqamətində daha çox fəaliyyətə ehtiyac var.
Bəs, gənclər bu fəaliyyətə baş vuracağı təqdirdə fərdi inkişafı üçün nələri qazanacaq?
1. Bacarıqlı gənc, kadr kimi yetişəcək;
2. Vakansiyalar üçün yetişmiş, hazır kadra çevriləcək;
3. Cəmiyyətdə özünün şəxsi nüfuzunu qazanacaq;
4. Ölkənin inkişafında rolunu müəyyən edəcək;
5. Müxtəlif strukturlarla birbaşa və bilavasitə əlaqələri formalaşacaq;
6. Rəsmi davranış, idarə etmə mexanizmlərini mənimsəyəcək;
7. Sadə dillə desək, öz bilik və bacarıqları ilə irəli çəkilmək şansları qazanır.
Məsələn, bir dövlət qurumunda, şirkətdə vakansiya yaranıb və o vakansiyaya 3 nəfər müraciət edib. Onlardan biri könüllüdürsə, artıq seçimi o qazanmış olur, bu sözsüzdür. Çünki hər kəsə bacarıqlı kadr lazımdır.
Odur ki, indi gənclərin inkişafı üçün çox gözəl bir imkan var: harada yaşamağından asılı olmayaraq, müvafiq qaydada könüllü ol, könüllülük layihələrinə qoşul, cəmiyyət də qazansın, sən də. Cəmiyyətə, dövlətə töhfə və fərdi uğurun ən sadə düsturu - könüllülükdür.
QHT könüllülüyün təbliğinə dair ASAN Xidmət rəsmisi Sahil Məmmədli, ekspert Sənan Nəcəfov və Səlis Könüllüləri İB-nin sədri Xudaverdi Quliyevin də iştirak etdiyi 4 debat, müzakirə təşkil edib. Həmin debatları bu ilnklərdən izləyə bilərsiniz:
.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Fənərbağça"nın sabiq baş məşqçisi Kartalı "sökdü": "Görəcəksən, Əziz Yıldırım səni zövqlə qovacaq"
Bugün, 14:55 İDMAN
-
Anar və Firəngiz Əlizadədən Şəfiqə Məmmədovaya dəstək: “Bu vəzifəyə layiqdir”
Bugün, 14:40 MƏDƏNİYYƏT
-
“13 il sonra onu dəmir barmaqlıqlarda gördüm” - Şilderin anası + VİDEO
Bugün, 14:19 CƏMİYYƏT
-
"Bəy Mamed” yaşayış kompleksinin həyətində özünə villa tikdirir” - FOTOLAR
Bugün, 14:12 CƏMİYYƏT
-
Hakan Fidan Azərbaycana gəlir
Bugün, 13:59 GÜNDƏM
-
13 il əvvəl qətlə yetirilən Qərb universitetinn tələbəsi... - Məhkəmə başladı
Bugün, 13:48 KRİMİNAL
-
BU BANKLARDAN ŞİKAYƏTLƏR ARTIB - Siyahı
Bugün, 13:08 İQTİSADİYYAT
-
SOCAR-ın istiqrazlarını satan şirkət: milyonlarla manat borc niyə yarandı?
Bugün, 13:08 İQTİSADİYYAT
-
Kriminal şəxslə evlənən bloger məhkəməyə belə aparıldı: qolu arxadan qandallı, başı önə əyili... - FOTOLAR
Bugün, 12:57 PRESS
-
Sahil Babayev özünə daha bir müşavir götürdü
Bugün, 12:29 İQTİSADİYYAT
-
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı verildi - FOTOLAR
Bugün, 12:19 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:14 CƏMİYYƏT
-
Vahid Ələkbərovun bankında dəyişiklik oldu
Bugün, 12:09 İQTİSADİYYAT
-
"Nəqliyyat və digər xidmət sektorlarında keyfiyyət pisləşir" - BAKI METROSUNDA NƏ BAŞ VERİR? (YENİLƏNİB)
Bugün, 12:02 CƏMİYYƏT
-
Bulvarda dənizin üzərindəki neft ləkələri təmizlənir
Bugün, 11:44 CƏMİYYƏT
-
HUSİLƏR İRƏLİLƏYİR, HÖKUMƏT QÜVVLƏRİ DİRƏNİR, ƏR-RİYAD SAVAŞIN ƏRAZİSİNƏ KEÇƏCƏYİNDƏN QORXUR - 4 bölgənin əhalisinə xəbərdarlıq edildi
Bugün, 11:36 GÜNDƏM
-
Müsəlman dini liderlər Prezident İlham Əliyevə müraciət ediblər - MƏTN
Bugün, 11:29 GÜNDƏM
-
İran: "ABŞ-ın daha bir MQ-1 pilotsuz təyyarəsi vurulub"
Bugün, 11:29 DÜNYA
-
TDT Müsəlman dini liderləri Bakıya toplandı, bəyannamə qəbul etdi - MƏTN (YENİLƏNİB)
Bugün, 11:18 GÜNDƏM
-
Milli Məclisdə daha bir sahə üzrə ictimai dinləmə keçiriləcək
Bugün, 11:03 GÜNDƏM
-
Şenol Günəş "Trabzonspor"a 5-ci dəfə qayıdır
Bugün, 10:53 İDMAN
-
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında - FOTOLAR
Bugün, 10:46 GÜNDƏM
-
DTX rəisi Çində - Azərbaycanla təhlükəsizlik sahəsində yeni saziş imzalandı
Bugün, 10:46 SİYASƏT
-
"Adanalı" serialının "Maraz Ali"si geri dönür
Bugün, 10:29 MƏDƏNİYYƏT
-
KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi
Bugün, 10:21 İQTİSADİYYAT
-
SOCAR-dan "AZƏRİQAZ"a XƏBƏRDARLIQ: çıxış yolu sayğac dəyişməkdirmi? - Azər Məmmədov və komandası hələ də "transformasiya" ilə "oynayır" (VİDEO)
Bugün, 10:21 İQTİSADİYYAT
-
Vəkillər Kollegiyası üzvlüyünə qəbul: ixtisas imtahanına sənəd yığılır
Bugün, 10:13 CƏMİYYƏT
-
UNEC rektoru: "Bununla təhsildə "hər şeyin düzəlməyəcəyi"ni hamı qəbul edir"
Bugün, 10:08 CƏMİYYƏT
-
Bakıda bir evin qiymətinə İspaniyada bir kənd aldı: içində kilsə, məktəb, 44 ev və... - FOTOLAR
Bugün, 09:56 İQTİSADİYYAT
-
Gəncədə iki nəfər bıçaqlandı
Bugün, 09:34 KRİMİNAL
-
İki təhlükəli virusa qarşı erkən xəbərdarlıq sistemi: TOYUQLAR!
Bugün, 09:02 DÜNYA
-
Transferlərə təxminən 400 milyon avro xərclədilər, amma... - 4 matçda qol yoxdur!
Bugün, 00:52 İDMAN
-
Suriyada yanacaq qiymətləri bahalaşdı, etirazlar böyüdü
Bugün, 00:41 DÜNYA
-
HUSİLƏR YƏMƏNİ SÜRƏTLƏ ƏLƏ KEÇİRİR: hökumət itkiləri etiraf elədi, qruplaşma isə...
Bugün, 00:29 GÜNDƏM