ABŞ-da bayram tədbirində atışma: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

img

27-11-2020 [11:36]


ABŞ-ın Nevada ştatında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bunu yerli polis bildirib.

Məlumata görə, hadisə ştatın Xenderson şəhərində Şükranlıq günü bayramında baş verib. Yaralılar müxtəlif rayonun sakinləridir.

Polis əməkdaşları hadisə yerində 5 yaralı aşkarlayıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Yaralılardan biri, 22 yaşlı kişi xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırma aparılır./Report

Digər xəbərlər
SON XƏBƏRLƏR