DYP-dən yeni təyinat - İnspektora şöbə rəisi vəzifəsi verildi

img

25-11-2020 [18:09]


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat olub. 

Müvafiq əmrlə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Namidan Piriyev təyin edilib.

Faktı BDYPİ-dən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, N. Piriyev adıçəkilən şöbənin inspektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Kamran Əliyev İdarə rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifələrinə təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR