Azərbaycan çempionunun oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək

img

23-11-2020 [13:14]


Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində Yunanıstan AEK-i ilə Azərbaycan çempionu "Araz" arasında keçiriləcək oyun öncəsi koronavirusla bağlı təhlükəsizlik tədbirləri gücləndiriləcək.

"enwsi.gr" saytı xəbər verir ki, Afinadakı "Daıs Sports Hall"da baş tutacaq matçda sosial məsafənin qorunması üçün arenada 4 giriş zonası fəaliyyət göstərəcək.

Azarkeşsiz oynanılacaq qarşılaşmada meydandakı oyunçulardan başqa, hamının tibbi maska taxması məcburi olacaq.

Qeyd edək ki, noyabrın 29-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Cütün qalibi bir oyunla müəyyənləşəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR