Məşhur türk məşqçi Lənkərana gəldi

img

25-11-2013 [17:56]


"Xəzər Lənkəran" klubunun baş məşqçisi təyin olunacağı gözlənilən Mustafa Dənizli bu gün Lənkərana gəlib. 

Qol.Az-ın məlumatına görə, türkiyəli mütəxəssisi Lənkəran hava limanında klubun rəsmiləri qarşılayıb.

M.Dənizlinin Azərbaycana səfərində əsas məqsəd klubla müqavilə imzalamaqdır. "Xəzər Lənkəran"ın 64 yaşlı mütəxəssislə iki illik müqavilə imzalayacağı gözlənilir. Yeni təyinatın bu gün və ya sabah rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, M.Dənizli ilə birgə "Fənərbaxça" klubunun əfsanəvi futbolçularından olan Oğuz Çətin də Lənkərana təşrif buyurub. Onun M.Dənizlinin köməkçisi işləyəcəyi gözlənilir. Hər iki məşqçi Lənkərandan Bakıya yola düşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA