Amerikalı diplomat: "Türkiyə hərbi qüvvələrinin Azərbaycanda olmağı NATO üçün çox xeyirlidir" - MÜSAHİBƏ
19-11-2020 [20:27]
ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza Teleqraf.com-un suallarını cavablandırıb.
Mia.az müsahibəni təqdim edir:
- Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan bəyanatı necə şərh edirsiniz?
- 10 noyabr razılaşması Azərbaycanın tarixində böyük diplomatik nailiyyətdir. Ölkələr hərbçiləri öldürmək və ya hərbi texnikanı məhv etmək üçün müharibə etmir. Onlar siyasi məqsədlərə nail olmaq üçün hərbi əməliyyatlar aparır. Yeni razılaşma Azərbaycanı əvvəldən də razı olduğu tam siyasi hədəflərlə təmin etdi. 2009-cu ildə bu əsas prinsiplərlə Nikol Paşinyanın sələfi Serj Sərkisyan qeyri-rəsmi olaraq razılıq ifadə etmişdi, Paşinyan isə bunları qəbul etməyərək həll prosesindən qaçındı. Hələ 11 il əvvəl Prezident İlham Əliyev başa düşürdü ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yeni razılaşmada göstərilən siyasi həll Azərbaycan üçün böyük bir qələbədir.
Biz anlayırıq ki, ordunun Xankəndi, Ağdərə, Xocavənd və faktiki olaraq Ermənistanın nəzarətində qalan digər bölgələrə qədər irəliləyib sonra razılaşma əldə olunması Azərbaycanda bəzi insanlarda narahatlığa səbəb oldu. Amma döyüşlər davam etsəydi, bu, son dərəcə ağır bir əməliyyat olardı. Buna səbəb ilkin olaraq savaşın Xankəndidən sonra çox çətin olması və hər iki tərəfdən itkiyə səbəb olacağı idi. Eyni zamanda yeni razılaşma ilə Azərbaycan onsuz da öz siyasi məqsədlərinə çatıb. Bu halda hər iki tərəf də niyə başqa hərbi və ya mülki itkilər vermək istəsin?
Ən əsası Şuşanın işğaldan azad olunması həlledici məqam idi. İnsanlar müharibəni saxlamaqla Azərbaycanın tarixində ən böyük diplomatik qələbənin əldə edilməsinin səhv olduğunu düşünürdülərsə, onda niyə onlar özləri ön cəbhədə iştirak etmirdilər? Şuşa uğrunda gedən döyüşlər çox ağır idi. Hərbçilər əlbəyaxa, bıçaqlarla ölümcül vəziyyətdə döyüşürdülər. Həm də buna görə müharibəni Azərbaycanın şərtləri ilə bitirməklə Prezident Əliyev gələcək itkilərin qarşısını aldı.
- Artıq prosesə aktiv olaraq Rusiya və Türkiyə qoşulub. Sizcə ATƏT-in Minsk Qrupunun missiyasını bitmiş hesab etmək olarmı?
- Azərbaycan və Ermənistanın arasında beynəlxalq sərhəddə yaranan hərbi toqquşmalardan sonra Rusiya və Türkiyə bu ilin yanvarında hərəkətə keçdi. O vaxt ABŞ və Fransa gərginliyi azaltmaq və danışıqlar masasına qayıtmaq üçün heç bir addım atmırdı. Rusiyanın isə aktiv olaraq Ermənistan ilə hərbi təlimlər keçirməsi Türkiyənin indiyə qədər Azərbaycana verdiyindən daha artıq bir dəstək ifadə etməsinə səbəb oldu. Türkiyə Azərbaycana siyasi, texnoloji və hərbi istiqamətdə tam dəstək göstərdiyini bəyan elədi. Bu isə Cənubi Qafqazda geosiyasətin yeni bir mərhələsidir.
Tərəflərin münaqişəyə qoşulmasının səbəbi Paşinyanın eks-prezident Serj Sərkisyanın və Prezident İlham Əliyevin 2009-cu ilin yanvarında razılaşdığı həll çərçivəsini qəbul etməməsi idi. Əksinə olaraq o aqressivləşməyə və təhrikedici hərəkət edərək aydın şəkildə danışıqlar prosesini sabotaj etməyə çalışırdı. Bu vəziyyətdə Minsk Qrupu və ya hər hansı digər bir vasitəçinin edəcəyi bir şey yox idi. Vasitəçilərin qaydalara riayət etməyən tərəfi məcbur etmək qabiliyyəti yoxdur. Rusiya və Türkiyə bunu Nikol Paşinyanla etdilər. Türkiyə Azərbaycanı Ermənistanın hərbi qüvvəsini məhv etməyə yarayan texnika ilə təmin etdi. Rusiya Prezidenti Putin isə Ermənistana siyasi və ya hərbi yardım göstərmədi. Putin dəfələrlə qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın Ermənistanı qoruma öhdəliyi Azərbaycan ərazisinə deyil, yalnız Ermənistanın ərazisinə hərbi hücum olarsa, əsaslıdır.
Paşinyanın idarəçiliyində olan Ermənistanı Minsk Qrupu tərəfindən təməli qoyulan əsas prinsplərə razı salmaq və danışıqlar masasına qaytarmaq ancaq güc tətbiq etməklə mümkün idi. Gələcəyə baxsaq, noyabrın 10-da imzalanan razılaşmanı atəşkəs anlaşmasından tam sülh müqaviləsinə çevirməkdə Minsk Qrupunun mütləq rolu ola bilər. Bu isə çoxsaylı danışıqlar tələb edir. Amma Fransanın Prezidenti Emmanuel Makron və xarici işlər naziri tərəfindən verilən açıqlamalarda tamamilə Ermənistanı dəstəkləməsi və Azərbaycanı savaşdığına görə qınaması ilə Fransa özünü Minsk Qrupundan təcrid etdi, birtərəfli olaraq Ermənistanı dəstəkləmişdi. Son sülh müqaviləsində Minsk Qrupunun iştirak etməsi üçün Fransanı başqa bir ölkə və ya təşkilat əvəz etməlidir.
- Sizin də vaxtilə həmsədr kimi təmsil olunduğunuz ATƏT-in Minsk Qrupu niyə 30 ildə passiv oldu? Bunun səbəblərini nə ilə izah edərdiniz?
- Minsk Qrupunun passiv olduğunu düşünmürəm. Əksinə, Minsk Qrupu öz rolunu tamamilə yerinə yetirdi. Minsk Qrupun vəzifəsi iki suveren dövlət arasında vasitəçi olmaqdır. Bu, hakimin futbol meydançasında komandaların qaydalara uyğun oynaması və düzgün nəticənin almasından əmin olmasına bənzəyir. Minsk Qrupu 2009-cu ilin yanvarında əsas prinsiplərlə düzgün nəticəni təmin etdi. Əslində 2007-ci ilin noyabrında Madriddə imzalanan Madrid sənədinin əsas prinsiplərini müəyyənləşdirmişdi. 2009-cu ilin yanvarında isə Serj Sarkisyan və Prezident İlham Əliyev qeyri-rəsmi olaraq bu prinsiplərlə razılaşdı. Onlar bu prinsiplərin son sülh razılaşmasını təmin edəcək tək məntiqi yolun olduğunu bilirdilər. Bu prinsipləri qəbul etməyən şəxs isə Paşinyan idi. Bu mənada hesab edirəm ki, Minsk Qrupu öz işini gördü. Vasitəçi olaraq Minsk Qrupunun tərəfləri razılaşmağa tabe olmağa məcbur etmək missiyası yoxdur. Bunun üçün ciddi diplomatik təzyiq və ya hərbi güc gərəkdir və bunların hər ikisi Rusiya və Azərbaycan tərəfindən təmin edildi.
- Azərbaycana hərbi personal göndərilməsi ilə bağlı fərman layihəsi Türkiyə parlamentində qəbul edildi. Türk ordusunun bölgədə iştirakını necə dəyərləndirirsiniz?
- Rus sülhməramlıların yerləşdiyi ərazilərdə Türkiyə hərbi qüvvələrinin Azərbaycanda hər hansı bir barışıq əməliyyatında mövcudluğu sadəcə Azərbaycan üçün deyil, bütün NATO ölkələri üçün müsbət amildir. Son iki əsrdir ki, Türkiyə öz dəstələrinin Cənubi Qafqazda yerləşdirilməsini istəsə də, Rusiya buna həmişə mane olurdu. Bu dəfə isə Rusiya İlham Əliyev və Azərbaycanın təkidi ilə bunu qəbul etməli oldu. İndiki reallığa görə isə NATO-nun ən güclü ikinci ordusuna malik olan Türkiyənin bölgəyə sülhməramlı qüvvə göndərməsi və ya regiondakı mövcudluğu, NATO üçün böyük geosiyasi məqamdır. Düşünürəm ki, ABŞ və ya Avropada kifayət qədər insan bunu başa düşmür. Türkiyə hərbi qüvvələrinin Azərbaycanda olmağı NATO üçün çox xeyirlidir.
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker