Tayson 16 əvvəl dişlədiyi qulağı geri qaytardı - VİDEO

img

22-11-2013 [09:41]



 
Əfsanəvi boksçu Mayk Taysonun 1997-ci ildə rinqdə rəqibinin qulağını qopartması bütün dünyada hadisə olmuşdu. Boksçu 16 il sonra qopardığı qulağı sahibinə qaytarıb.

Qulağını qopardığı rəqibi Evander Hoyfild ilə bir reklam filmində bir araya gələn Tayson qapısını döydüyü rəqibinə bir hədiyyə qutusu uzadaraq içindəki qulağı rəqibinə qaytararkən görülür. Reklamda Tayson Hoyfildə bu sözləri deyir: "Qulağını geri ala bilərsən, onu xarab olmamamsı üçün bu qədər il "Formaldehit" içində saxladım".

Xatırladaq ki, Tayson 6 ay əvvəl keçmiş rəqibiylə verlişlərin birində barışmış və onu çox sevdiyini ifadə etmişdi. Onu da bildirək ki, Tysonun 16 il əvvəlki hadisədən sonra boks rinqinə çıxması müddətə qadağan edilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA