"Neftçi" zirvədə, «Qarabağ» və «Xəzər»də sülh!

img

30-11-2013 [20:23]


 Bu gün Topaz Premyer Liqasında XV turun oyunlarına yekun vurulub. Qarşılaşmalardan biri Bakıda, üçü bölgələrdə - Lənkəran, Zaqatala və Sumqayıtda baş tutub.

 Mia.az xəbər verir ki, günün ilk oyununda "Bakı" "İnter"i qəbul edib. Orxan Məmmədovun idarə etdiyi matçda bir qol vurulub və "İnter" qələbə qazanıb. Vaqif Cavadov 59-cu dəqiqədə vurdğu qol "İnter"ə qələbə qazandırıb. Bununla da "bankirlər" ardıcıl üçüncü paytaxt derbisində qələbə qazanaraq 4-cü pilləyə yüksəlib.

 Türkiyəli baş məşqçi Mustafa Dənizli ilə yeni müqavilə bağlamasına rəğmən, baş məşqçisiz meydana çıxan "Xəzər Lənkəran" isə AZAL-ı qəbul edib. Lənkəran klubu yenə zəif təsir bağılaşlayıb. İlk hissədə komandalar hərəyə bir qol vurmaqla, meydandan bərabərliklə ayrılıb.

 Lider "Qarabağ" isə "Simurq"un qonağı olub. "Qarabağ” son 3 matçda qol vura bilmədiyi rəqiblə bacara bilməyib. Oyun 0-0 hesabı ilə başa çatıb. Bu bərabərlik isə Qurban Qurbanovun yetirmələrinin lider kürsüsünü «Neftçi» verməsinə səbəb olub.

 Belə ki, liderlik uğurunda mübarizə aparan "Neftçi" isə səfərdə "Sumqayıt"a qalib gəlib. Paytaxt klubu rəqibini 2-1 hesabı ilə məğlub edib və zirvəyə sahiblənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA