Mourinyo istəyir, Qvardiola buraxmır

img

22-11-2013 [09:39]




"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo cari mövsüm zəif təsir bağışlayan Eşli Koula əvəzləyici tapıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis "Bavariya"nın müdafiəçisi Filip Lamı transfer etməyi planlaşdırır.

Mourinyo yanvar ayından Lamı komandasında görmək istəyir. Lakin "Bavariya"nın çalışdırıcısı Pep Qvardiola da Almaniya millisinin futbolçusunu buraxmaq niyyətində deyil. Lam "Bavariya"da Qvardiolanın ən sevimli futbolçularından hesab olunur. Bununla belə, "Çelsi" klubu Münhen təmsilçisinə yüksək məbləğ təklif etməklə Lamın keçidini reallaşdıra bilər.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2002-ci ildən "Bavariya"nın əsas komandasında çıxış edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA