FİFA Ispaniya millisinin oyununu ləğv etdi

img

21-11-2013 [09:46]


Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən CAR - İspaniya (1:0) matçının nəticəsi ləğv edilib. FİFA buna səbəb kimi İspaniya millisinin 7-ci oyunçu dəyişkliyi etməsini göstərib.

Görüşün 81-ci dəqiqəsində meydana sonradan daxil olan Viktor Valdes zədələndiyindən ispanlar görüşün baş hakimi və rəqib komandanın razılığı ilə digər qapıçı Pepe Reynanı oyuna daxil ediblər. Buna qədər isə Del Boske 6 dəyişiklikdən istifadə edibmiş. Qaydalara əsasən yoldaşlıq görüşlərində maksimum 6 oyunçu dəyişikliyi edilə bilər. Buna görə də FİFA oyunun nəticəsini ləğv edib.

Qeyd edək ki, bu oyun komandaların reytinqinə də təsir etməyəcək.

qol.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA