Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində konfrans: erməni nümayəndəsinin təxribatına cavab verilib
30-10-2020 [16:27]
Oktyabrın 29-da Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində onlayn videokonfrans formatında 5-ci Enerji Paneli keçirilib.
Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, tədbirdə gündəlik üzrə Şərq Tərəfdaşlığı ölkələrindən 2020-ci ildən sonrakı dövr üçün enerji əməkdaşlığı prioritetləri ilə bağlı gözləntilər, bərpa olunan enerji və mayeləşdirilmiş təbii qaz sahələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
İclasda Ermənistan təmsilçisi tədbirin gündəliyindən kənara çıxaraq və provokasiya xarakterli çıxış edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında yalan və riyakar bəyanatlar səsləndirib, tədbir iştirakçılarını aldatmağa, Ermənistanın işğalçı siyasətinə haqq qazandırmağa və bu ölkəni zərərçəkən qismində qələmə verməyə cəhd göstərib.
Panelin moderatoru, Avropa Komissiyası Enerji Baş Direktorluğunun "Beynəlxalq əlaqələr və genişlənmə" şöbəsinin müdiri xanım Anne-Charlotte Bournoville xəbərdarlıq edərək, tədbirin məqsədinin enerji üzrə ekspertləri bir araya gətirərək, gündəlikdə nəzərdə tutulan məsələlərin müzakirəsi ilə bağlı olduğunu bildirib və münaqişələrin müzakirəsi üçün platforma olmadığını diqqətə çatdırıb.
Azərbaycanı tədbirdə təmsil edən Energetika Nazirliyinin şöbə müdiri əvəzi Otel Hüseynov tədbirin gündəliyinə uyğun olaraq çıxışına başlamazdan əvvəl Ermənistan tərəfinin yalan məlumatlar yaymaq cəhdlərinə qəti etirazını bildirərək təşkilatçıları bu tip provokasiya cəhdlərinə rəvac verməməyə çağırıb.
O, həmçinin tədbir iştirakçılarına cari ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycanın mülki yaşayış məntəqələrinin, sosial-mədəni və infrastruktur obyektlərinin, o cümlədən strateji əhəmiyyətli enerji infrastrukturunun işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması barədə məlumat verib. Döyüş əməliyyatlarından uzaqda yerləşən şəhər və kəndlərin ballistik raketlərlə, qadağan olunmuş silahlarla atəşə tutulması nəticəsində mülki əhali, o cümlədən azyaşlı uşaqlar arasında çoxsaylı ölən və yaralananların olduğunu, eyni zamanda Azərbaycanın enerji infrastrukturunun da hədəfə alındığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Otel Hüseynov, həmçinin tədbir təşkilatçılarına və iştirakçılarına Ermənistan tərəfinin bu cür provokasiya xarakterli çıxışlarının tədbirin gedişatına və gündəlikdəki məsələlərin müzakirəsinə mane olduğunu bildirib.
Mia.az
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR