QURDLA QİYAMƏTƏ QALMAQ TÜRKLƏ QİYAMƏTƏ QALMAQDIR!
29-10-2020 [13:33]
ATİF İslam oğlu İSLAMZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru
e-mail: [email protected]
***
29 oktyabr, Türkiyə təqvimi ilə ekim ayının 29-u Türkiyənin Cümhuriyyət bayramıdır. Bu bayram 1923-cü ildə 29 oktyabrda Türkiyənin Cümhuriyyət elan edilməsi günündən böyük coşqu ilə qeyd edilir. Ancaq bu bayram rəsmi olaraq 1925-ci ildə qəbul edilən bir qanunla bayram olaraq təsbit olunmuşdur.
Bu bayram günündə elə bir həyəcan və coşqu kütləvi şəkildə diqqət çəkir ki, insanı heyran edir. Millətin bir bütöv olduğunu hiss edirsən. Fərdin millət, millətin fərd olduğu bir gün Türkiyənin Cümhuriyyət bayramını qeyd etdiyi gündür. Bu o qədər böyük həyəcan, o qədər böyük coşqudur ki, millətin soy aktı olaraq onillərlə nəsildən-nəsilə keçir. Eyni zamanda türk millətinin mənşə etibarilə türk olmağıyla bərabər Türkiyədə yaşayan və ədalətlə idarə olunan bütün xalqlar üçün bayram olaraq qalır. Çünki türk ədaləti Türkiyə Cümhuriyyətində də hər zaman əsas tutulmuşdur.
Türkiyənin Cümhuriyyət bayramına izah verməzdən əvvəl çox mühüm olan bir məsələni qeyd etmək lazımdır. Əgər Türkiyəni Türk Cümhuriyyəti olaraq qəbul edib, ondan əvvəlki dövrləri inkar edərsək, bu tarixi təhrif etməklə bərabər Türkiyənin bir millət və toplum olaraq son yüz ildə formalaşmasını iddia etmək olardı. Halbuki bizə məlumdur ki, bir millətin millət olaraq formalaşması ərazi və mədəniyyət amili ilə sıx bağlıdır. Yəni 1923-cü ildən əvvəl olan ərazini, onun spesifikasını, bu coğrafi amillərin genetik inkişafa təsirini qəbul etməmək bütünlüklə Türkiyəni inkar etmək olardı. Eyni zamanda daha əvvəlki mədəniyyətlərin, xüsusilə də islam mədəniyyətinin türk toplumuna inanc və əxlaq baxımından yüksək təsirini görməməzlikdən gəlmək sayılardı. Halbuki Türkiyə ümmət və millət məsələsini bir-birinə bağlı görməklə hər zaman özü üçün ədaləti əsas götürmüşdür. Elə buna görə də dünyanın hər yerindən müxtəlif inanclı xalqların nümayəndələri bu əraziyə axışmış, burada İlahi Ədalətə əsaslanan nizamın olduğuna inandıqları üçün eyni məkanda qardaş kimi son əsrlərə qədər birlikdə yaşamışlar. Yalnız son əsrlərdə dünya nizamının dəyişməsində bu qardaşlıq və birlik pozulmuş, dünyada əsas olaraq götürülən mənfəət ədalətdən qabağa keçmişdir.
O ədalət ki, hələ dahi mütəfəkkir N.Gəncəvi “Məxzənül-əsrar” (Sirlər xəzinəsi) əsərində Səlcuqlarla bağlı olaraq yazırdı ki, “Ölkəsi ədalətlə idarə olunan türklərin şan-şöhrəti dünyaya yayılmışdı”. Bu baxımdan Türkiyə Cümhuriyyətini özündən əvvəlki dövrlərdən, xüsusilə dünyaya X əsrdən bəri ədalətli dövlətlər bəxş edən, səlcuqlar və osmanlılar sülalələrinin ədalətli dövləti idarəçiliyindən ayırmaq olmaz. Yəni Səlcuqilər dövləti, Osmanlılar dövləti və Türkiyə Cümhuriyyəti bir dövlətdir. Ərazisi kiçikdən böyüyə, böyükdən kiçiyə getsə də, eyni millətin dövlətidir. Türkiyə Cümhuriyyəti həm Səlcuq dövlətidir, həm Osmanlı dövlətidir, həm də bu günün Türkiyəsidir. Yəni bu dövlətlərin varisi, mirası ləyaqətlə daşıyan dövlətdir.
Bəs necə oldu ki, Türkiyə Cümhuriyyəti meydana gəldi?
Qısa olaraq onu demək olar ki, bu öncə mövcud tarixi şəraitin bəhrəsidir. O dövrün siyasi reallıqlarını nəzərə alsaq Çümhuriyyətlər dövrününün başlandığını, Türkiyənin də bundan keçərək inkişaf edə biləcəyini görmüş olarıq. Ümumiyyətlə dünya tarixində elə vəziyyətlər olur ki, dövlətin içindən dövlət doğur. Yəni dağılmaqda olan dövlət öz içindən dəyişərək başqa bir şəkildə meydana gəlir. Yox, əgər dəyişmək istəmirsə, tarix səhnəsində rolu bitmiş olur. Məhz Türkiyənin müxtəlif dövlətlər tərəfindən işğal olunması, bu işğala qarşı qurtuluş hərəkatının yaranması, Musafa Kamal liderliyində xalqın birləşməsi və istiqlal savaşında canından keçərək müsbət nəticə əldə etməsi Türkiyənin yeni dövrün reallığında Cümhuriyyət olaraq meydana çıxmasına səbəb oldu. Yəni dövlət içindən dövlət meydana çıxdı. Ancaq bu dövlətdə də əsrlərlə aparılan ədalət qanunları dəyişmədi. Əlbəttə, müəyyən narazılıqlar, barışmazlıqlar olsa da, nəhayətdə türk dövlətini itirmədi. Çünki türk dövlət yaradan millətdir. Dövlətə sevgisi övladın atasına olan sevgisi kimidir. Bəlkə daha da artıqdır. Türk dövləti üçün hər zaman canından keçməyə hazırdır. Bu türk genetikasında itməyən rüşeymdir. Bitməyən inancdır. Yatmayan yaddaşdır.
Bu gün Türkiyə dövlətinin Azərbaycanın yanında olması da onun türk qardaşlığı ilə birgə ədalət anlayışının olmasından irəli gəlir. Əgər Azərbaycan ədalətli tərəf olmasaydı qardaşlığına baxmayaraq Türkiyə heç bir halda Azərbaycanın yanında olmazdı. Çünki ədalət Uca Allahın qoyduğu nizamdır. Allahın Ədl İsminin təcəllisidir. Ədalətli olmayan qiymətli olmaz. Türkiyənin bu qədər qiymətli olması məhz onun Uca Allaha olan bağlılığında, inancında və əxlaqındadır.
Sevgili Türkiyəmiz bizim canımızdır, birliyimizdir, paytaxt dövlətimizdir. Türkiyəni Cümhuriyyət günü münasibətilə təbrik edirəm. Uca Allah həmişə Türkü dünyanın başında var etsin! Dövlətimiz qiyamətə qədər daimi olsun! Qurdla qiyamətə qalmaq elə türklə qiyamətə qalmaqdır. Qurd üzü mübarəkdir deyəndə türk soyu mübarəkdir deyirik. Dövlətimizin və vətənimizin Cümhuriyyət günü mübarək olsun!
MİA.AZ
.
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb