Çində neft hasilatı artıb - Statistika

img

27-10-2020 [13:37]


Çində sentyabr ayındakı neft hasilatının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artaraq 16,1 milyon ton təşkil edib.

“Xinhua” xəbər verir ki, Milli Statistika Bürosunun məlumatına görə, eyni müddət ərzində neft idxalatı 17,6 faiz artaraq 48,48 milyon tona, neft emalının da həcmi 1,3 faiz artaraq 57,35 milyon tona çatıb.

Bu ilin 9 ayı ərzində isə neft hasilatı 1,7 faiz artaraq 146,25 milyon ton, emal həcmi isə 2,9 faiz artaraq 500 milyon ton təşkil edib.

Təbii qaz hasilatı sentyabrda 7,6 faiz artaraq 14,6 milyard kubmetr, idxalı isə 5,5 faiz artaraq 8,66 milyard kubmetr təşkil edib. 2020-ci ilin 9 ayı ərzindəki hasilat həcmi də 137,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz çoxdur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR