“Kəpəz”in baş məşqçisi istefa verdi

img

16-11-2013 [20:26]


Gəncənin "Kəpəz" futbol komandasının baş məşqçisi Vidadi Rzayev istefa verib. Lent.az-ın məlumatına görə, Rzayev Azərbaycan I divizionu çərçivəsində noyabrın 16-da baş tutan X turun "Lokomotiv"lə oyunundan sonra postundan getdiyini açıqlayıb.

"Kəpəz"in 2:3 hesablı məğlubiyyəti ilə nəticələnən matçın ardından gənc mütəxəssis "futbolinfo.az”a açıqlamasında postundan getdiyini təsdiqləyib: "Bu, mənim "Kəpəz"dəki son oyunum idi. İstefa ərizəmi rəhbərliyə təqdim edib, vəzifəmdən getdiyimi bildirəcəyəm".

Qeyd edək ki, "Kəpəz” geridə qalan 10 oyundan yalnız 2-də qələbə qazanıb, 2 görüşdə də heç-heçəyə nail olub. Qalan 6 qarşılaşma isə komandanın məğlubiyyəti ilə bitib. Hazırda Gəncə təmsilçisi 8 xalla 16 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA