UEFA Avropa çempionatını ləğv edib

img

20-10-2020 [23:49]


UEFA 2020-ci ildə keçiriləcək 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı ilə bağlı qərarını verib.

Məlumata görə, final mərhələsi Şimali İrlandiyada keçirilməli olan turnir ləğv edilib.

Buna koronavirus pandemiyası səbəb olub. Hazırki durumu nəzərə alan qurum belə addım atmağa məcbur olub.

Final mərhələsinin 5 ən yaxşı komandası U-20-lərin dünya çempionatına vəsiqə qazanmalı idi. UEFA bu vəsiqələri ən yüksək reytinqlilərə - İngiltərə, Fransa, Niderland, İtaliya və Portuqaliyaya verib/Apasport.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA