"İstəmirəm qocalığımı görsünlər..." - Azərbaycanın ilk peşəkar opera müğənnisi Fatma Muxtarova haqda maraqlı məlumatlar + FOTOLAR
MƏDƏNİYYƏT
19.10.2020, 12:05
Azərbaycanın məşhur opera müğənnisi Fatma Muxtarova parlaq şəxsiyyətinə, misilsiz istedadına və qeyri-adi xarici gözəlliyinə görə bu gün də sevilir.
19 oktyabr Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR Xalq Artisti, Gürcüstan SSR Əməkdar Artisti, Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilən Fatma Muxtarovanın xatirə günüdür.
Tembrinə görə çox xoşagələn, eyni zamanda qüvvətli metso-soprano səsin sahibi Fatma Muxtarova bu cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. Bunlardan "Qaratoxmaq qadın" operasından Polinanın partiyası, "Mazepa" operasından Lyubovun partiyası, "Çereviçki" operasından Saloxanın partiyası, "Qar qızı" operasından Baharın partiyası, "Faust" operasından Zibelin partiyasını qeyd etmək olar. Ancaq müğənninin yaradıcılığında Azərbaycan tarixinə daxil olan "Karmen" obrazı xüsusi yer tutur.

1923-cü ildə Bakıya gələn rus rəssamı Brodski opera teatrında J.Bizenin "Karmen" tamaşasında iştirak edir. Karmen rolunu Muxtarovanın ifasında dinləyir və Fatma Muxtarovanı dünyanın ən gözəl Karmeni adlandırır.
Karmen rolu Fatma xanımı əlçalmaz yüksəkliyə qaldırır. Xanım sənətçinin tərəf-müqabili Ağababa Bünyadzadə öz xatirələrində bununla bağlı yazırdı: "Fatma xanım Karmen rolunu ifa etdikdən sonra mən bu rolun çoxlu ifaçılarını görmüşəm. Lakin onun yaratdığı obraz mənim ürəyimdə əbədi iz qoyub gedib. Bütün varlığı ilə səhnədə oynayan Fatma Muxtarova qəhrəmanın daxili aləmini açırdı. Onun baxışları həmişə dediyi sözlərlə uyğun gəlirdi. Onun iri qara gözlərində məhəbbət və nifrət eyni dərəcədə güclü idi".
Məlahətli ifası, özünəməxsus səhnə mədəniyyəti onun tez-tez bir teatrdan başqa bir teatra dəvət olunması ilə nəticələnir. Lakin Fatma Azərbaycan səhnəsində çıxış etmək arzusunda idi. Bu məqsədlə 1923-cü ildə Azərbaycan peşəkar teatrının 50 illiyi ilə bağlı bir təbrik məktubu göndərir. Məktubda belə yazırdı: “Gənc Azərbaycan teatrına rus opera səhnəsindəki ilk müsəlman qadından salam! Azərbaycan opera səhnəsində də ilk müsəlman qadın olmaq arzusu ilə yaşayıram...”.

Fatma Muxtarova 1923-cü ildə Bakıya gəlir. İlk olaraq J.Bizenin “Karmen” operasında səhnəyə çıxır. Bütün tamaşa boyu onun özünəməxsus ifası seyrçilər tərəfindən sürəkli alqışlarla qarşılanır. Həmin vaxt tamaşaçılar arasında olan tanınmış rus rəssamı İ.Brodski baş qəhrəmanı Fatma Muxtarovanın ifasında dinləyir və bu bənzərsiz sənətçini dünyanın ən gözəl Karmeni kimi dəyərləndirir.
Sənətkar 1928-ci ildə daimi yaşamaq üçün Bakıya köçür. Azərbaycan opera səhnəsində bənzərsiz obrazlar yaradır. Sənətin kamillik zirvəsinə çatan, vokal ifaçılığının ən zərif və emosional incəliklərini mənimsəyən aktrisa 1953-cü ilə qədər Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olur.
Bu teatrın səhnəsində Marfa və Marina, (“Xovanşina” - M.Musorqski), Lyubaşa, Bahar (“Çar gəlini”, “Qar qız” – N.Rimski-Korsakov), Amneris, Madalena (“Aida”, “Trubadur”, “Riqoletto” - C.Verdi), Əzra (“Nizami” - Ə.Bədəlbəyli), Qrafinya Polina (“Qaratoxmaq qadın” - P.Çaykovski), Vanya (“İvan Susanin” - M.Qlinka) və s. obrazları yaradan Fatma Muxtarova tamaşaçıların yaddaşında əbədi iz salır. Mütəxəssislər Karmen partiyasını onun yaradıcılığının zirvəsi hesab ediblər. O bu partiyanı həm Azərbaycan, həm də rus dilində bənzərsiz tərzdə ifa edib.
Onu da deyək ki, Fatma Muxtarova müxtəlif opera teatrlarının səhnəsində klassik ifaçılardan Fyodor Şalyapin, Bülbül, Sergey Lemeşevlə birgə çıxış edib. Solist kimi dünyanın bir sıra konsert salonlarında möhtəşəm çıxışları sənətsevərlərin könlünü oxşayıb.
Fatma Muxtarova 1946-cı ildə Opera Teatrında "Karmen"i Azərbaycan dilində oxuyan yeganə şəxs idi. Bu tamaşada olan məşhur Azərbaycan bəstəkarı Qara Qarayev "Karmenin" (Fatma Muxtarovanın) vokal və səhnə ustalığını yüksək qiymətləndirmişdi.
Sen-Sansın "Samson və Dalila" operasında Dalila obrazını yüksək ustalıqla yaradan Fatma Muxtarova haqda gürcü rejissoru İ.Kvaliaşvili öz xatirələrində yazırdı:
"Sen-Sansın "Samson və Dalila" operası bizim opera səhnəmizdə həddən az qoyulurdu. Yəqin ki, buna səbəb Dalila rolunun ləyaqətli ifaçısının olmaması idi. Fatma Muxtarova sanki bu rol üçün yaranıb. Onun insanı heyran edən ahəngdar səsi, gözəl xarici görkəmi sanki ona təbiət tərəfindən bu rolu ifa etmək üçün bəxş edilib".
Həyatının son illəri...
Opera sahəsində böyük uğurlar qazanan Fatma xanım 1928-ci ildə Bakıya köçür və Azərbaycan opera səhnəsinin ən parlaq şəxsiyyətlərindən biri kimi fərqli obrazlar yaradaraq, 1953-cü ilə qədər dövlət opera teatrında işləyir.
Sonralar Fatma Muxtarova bir çox mükafatlara, o cümlədən, Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülür. Nəvəsi Svetlana Kuroçkinanın sözlərinə görə, Fatma xanım ömrünün son günlərinə qədər öz dostlarını – Müslüm Maqomayevi, Hüseynqulu Sarabskini və ən ağır günlərində onun köməyinə gələn Murtuza Muxtarovu tez-tez xatırlayırdı.
Qısa arayış:
Fatma Səttar qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində dünyaya göz açıb. O, kiçik yaşlarında olarkən ailəsi Rusiyaya köçərək Rostovda, bir neçə il sonra Sankt-Peterburqda məskunlaşırlar. Lakin ailə ağır məhrumiyyətlərlə üzləşir - Fatma atasını itirir. Peterburqda heç bir yaxın qohumu və simsarı olmayan ailə çətin duruma düşür. Gözəl və şirin səsli, rus dilində sərbəst danışmağı bacaran qızcığaz qürbət eldə bir parça çörək üçün ağır zəhmətlərə qatlaşır. Əvvəlcə şarmanka çalıb-oxuyur, sonralar ifaçılığını qarmonun müşayiəti ilə davam etdirir. Amma həyat heç də həmişə insana boz üzünü göstərmir. “Katya” təxəllüsü ilə tanınan Fatma çox keçmir rus meydan teatrının təmsilçilərinə qoşulur. Günlərin birində yeniyetmə yaşına qədəm basan Fatma xalq teatrı truppasının tərkibində Saratova gəlir. İstedadlı müğənnini təsadüfən “Saratovskiye vedomosti” qəzetinin redaktoru A.Arxangelski də dinləyir. Bu qarabəniz, gözləri nur saçan qızın məlahətli, ecazkar ifasına heyran olur. O, elə həmin gün bu barədə Saratov Konservatoriyasının professoru M.Medvedyevə danışır. Bu iki ziyalının xeyirxahlığı sayəsində o daha ciddi sənət aləminə qovuşur.
![]()
Rusiyada vətəndaş müharibəsi illərində Fatma Muxtarova təbliğat-konsert briqadalarının tərkibində çıxış etməyə başlayır. Qırmızı ordunun döyüş bölgələrində konsertlər verir. 1920-ci ildən başlayaraq Kazan, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və Tiflis opera teatrlarında səhnəyə çıxır. Avropa və rus klassik sənətkarlarının əsərlərinin füsunkar ifaçısı kimi şöhrət tapır.
Tiflis opera teatrının səhnəsində qazandığı nailiyyətlərə, milli opera sənətimizin inkişafındakı böyük xidmətlərinə görə vokal ustası 1936-cı ildə Gürcüstanın Əməkdar artisti, 1940-cı ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülür.
Korifey sənətkar Fatma xanım Muxtarova 1972-ci il, oktyabrın 19-da vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.
Son söz yerinə:
"Fatma Muxtarova hər şeydən əvvəl alovlu, vulkanik temperament deməkdir. Mən bütün həyatım boyu Muxtarova kimi yalnız bir qeyri-adi aktrisa gördüm.
Bu, çox illər əvvəl Moskvaya gəlmiş italyan tragiki De Qrasso idi. Fatma Muxtarova kimi o da sadə bir adam idi, yüksək mədəniyyət sahibi idi. Onun yaradıcılığı Muxtarovanın surətləri kimi çılğın idi. Onların hər ikisinə də təbiət xüsusi bir vergi bağışlayıb: qarşısıalınmaz intuisiya vergisi, ən yüksək həqiqətləri kəşf etmək vergisi”, - Bu sözləri 80 ildən artıq ömür yaşamış, bu ömrün 60 ildən çoxunu teatra həsr etmiş, dünyanın nəhəng opera ustalarını görmüş məşhur rejissor N.N.Boqolyubov dünya opera sənətinin ulduzlarından olan azərbaycanlı Fatma Muxtarova haqqında demişdi...
Azərbaycanın ilk peşəkar opera müğənnisi Fatma Muxtarova həmişə o zirvədə qala bildi...
Fatma xanım ömrünün sonlarında evdən bayıra çıxmırdı. "İstəmirəm qocalığımı görsünlər. İstəyirəm, məni həmişə gözəl Fatma kimi xatırlasınlar", - deyirdi...
İllər keçsə də, Azərbaycan tamaşaçısı öz Karmeninin – Fatma xanım Muxtarovanın arzusunu yerinə yetirir, onu daim gözəl Fatma kimi yada salır...
Nurlanə ƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Göygöldə torpaq sürüşüb, avtomobil yolunda çətinliklər yaranıb
Bugün, 18:22 CƏMİYYƏT
-
Dələduzluğa görə axtarışda olan 13 nəfər istintaqa təhvil verilib
Bugün, 16:52 CƏMİYYƏT
-
Bəzi ərazilərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Bugün, 16:51 CƏMİYYƏT
-
XİN: Azovda vurulan gəmilərdən xilas edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün tədbirlər görülür
Bugün, 16:49 CƏMİYYƏT
-
Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub
Bugün, 15:28 CƏMİYYƏT
-
Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb
Bugün, 14:35 CƏMİYYƏT
-
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
Bugün, 13:38 CƏMİYYƏT
-
Qardabanidə məktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var
Bugün, 13:10 DÜNYA
-
Krasnodar diyarında PUA zərbələrindən sonra neft bazası yanır
Bugün, 12:16 DÜNYA
-
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
Bugün, 11:14 SİYASƏT
-
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb
Bugün, 10:00 CƏMİYYƏT
-
ABŞ İranın Küveyt və Bəhreynə atdığı raketləri vurub
Bugün, 09:18 DÜNYA
-
ABŞ İranın radar qurğularına zərbələr endirib
Bugün, 08:22 DÜNYA
-
"Zelenskiyə cavabı rus əsgərləri verir, verəcək" - Putin hərbçilərə elə çağırış elədi ki....
Bugün, 00:16 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:14 CƏMİYYƏT
-
Qara dənizdə Türkiyə gəmisinə hücum olub – Bir nəfər ölüb, 4 yaralı var
05.06.2026, 22:40 GÜNDƏM
-
AAYDA-nın sədr müavinləri vəzifədən azad olundu - Sərəncam
05.06.2026, 19:57 GÜNDƏM
-
Beyləqanda rus bölməsinin bağlanması - 14 şagird, bir müəllim və cavabsız qalan suallar
05.06.2026, 19:41 CƏMİYYƏT
-
Kamal Kılıçdaroğlu parlamentə gedəcək – Özgür Özəl və komandası ilə dialoq mesajı verildi
05.06.2026, 19:31 DÜNYA
-
Bu məşhurların da narkotestinin nəticələri açıqlandı: Serenay Sarıkaya, Feyza Civelek...
05.06.2026, 19:07 ŞOU-BİZNES
-
"İddiaları sübut edin!" - Milli Məclis bəyanat yaydı
05.06.2026, 18:59 SİYASƏT
-
Muaytay–Tayboks Federasiyasının İdarə Heyəti toplantı keçirdi: "Hər kəs qanun qarşısında cavab verəcək" - 2 nəfər üzvlükdən xaric olunub
05.06.2026, 18:54 İDMAN
-
Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib - FOTOLAR
05.06.2026, 18:18 GÜNDƏM
-
“Qalatasaray” 60 milyon avroluq oyunçunu yarı qiymətə almaq istəyir
05.06.2026, 18:11 İDMAN
-
Türkiyədə idman şərhçisinin aylıq gəliri heyrət doğurdu
05.06.2026, 17:57 PRESS
-
İsrail Livanı yenə vurdu – Ölənlər var
05.06.2026, 17:47 DÜNYA
-
“Beşiktaş” bu baş məşqçi ilə anlaşdı – FOTO
05.06.2026, 17:20 İDMAN
-
DÇ-2026: “Fənərbaxça” və “Qalatasaray” sərvət qazanacaq
05.06.2026, 17:14 İDMAN
-
Ərdoğan: “Faizin olduğu yerdə bərəkət olmaz”
05.06.2026, 17:06 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
05.06.2026, 17:00 İQTİSADİYYAT
-
"ASAN Xidmət"də maliyyə problemləri yaranıb?
05.06.2026, 16:45 CƏMİYYƏT
-
Vidadi Mustafayevin məhkəməsi başlayıb
05.06.2026, 16:28 SİYASƏT
-
İran: “Uranın üçüncü ölkəyə veriləcəyi iddiaları yalandır”
05.06.2026, 16:19 DÜNYA
-
Qalmaqallı məmura cinayət işi açıldı
05.06.2026, 16:01 KRİMİNAL