Qırğızıstan parlamentinin 4 gün əvvəl sədri seçilən Mıktıbek Abdıldayev bu gün istefa verib.

Mia.az "Ria-Novosti"yə istinadla xəbər verir ki, o, istefa qərarını parlamentin bu gün keçirilən növbədənkənar iclasında bəyan edib.

Onu da qeyd edək ki, ölkədəki vəziyyətlə bağlı Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində saat 21-dən 5-dək komendant saatı tətbiq olunur.