"Türkiyəyə böyük ehtiyacımız var".
Mia.az "TRT Haber" istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Maykl Pompeo deyib.
O, Türkiyənin önəmli müttəfiq olduğunu deyib: "NATO-da Türkiyənin rolu böyükdür, ona böyük ehtiyacımız var".
Pompeo Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliyə də toxunaraq, bölgəyə yaxın keçmişdəki səfərini xatırladıb: "Tərəflər masa arxasında problemlərini həll etməlidir".
Mia.az