“Bir 30 il də gözləməyə səbrimiz yoxdur. Həll mexanizmlərinin beynəlxalq miqyasda etimad qazanması üçün fürsət yaranıb”.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Azərbaycan torpaqlarının işğalına səssiz qalanlar atəşkəs çağırışı yerinə Ermənistanı Dağlıq Qarabağı tərk etməyə məcbur etməlidirlər: “Qarabağı işğal edən və mülki əhaliyə qarşı qırğınlar törədən Ermənistanın qarşısında səssiz qalanların nümayiş etdirdikləri davranış tam bir ikiüzlülükdür”.