Qırğızıstan parlamenti prezident Sooronbay Jeenbekovun impiçment prosedurunu başladıb.

Mia.az xəbər verir ki, bu barədə müxalif "Ata Məkan" partiyasından olan deputat Kanibek İmanaliyev "RİA Novosti"yə açıqlama verib.

O bildirib ki, artıq bir çox deputatlar impiçmenti imzalayıblar: "Bu, çox mürəkkəb bir prosedurdur, ancaq əsas odur ki, bu proseduru başlatdıq".

Xatırladaq ki, ölkə qanunvericiliyinə görə, deputatların ən azı 1/3-i səs verərsə, parlament 3 aydan gec olmayaraq prezidenti vəzifəsindən kənarlaşdıra bilər.

Mia.az