Etirazçılar tərəfindən dünən həbsxanadan çıxarılan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevlə bağlı bu gün məhkəmə qərar verib.

Mia.az Ria Novosti-yə istinadla xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili Zamir Zooshev məlumat verib.

O bildirib.Pervomaisky Rayon Məhkəməsinin qərarı ilə sabiq prezident haqqında həbs qərarı ev dustaqlığı ilə əvəzlənib: "Sabiq prezident rəsmi qərarla 1 saylı istintaq təcridxanasından ev dutaqlığına buraxılıb. Onunla bərabər həbs edilmiş Kanat Sagumbayev, Rövşən Çeenbekov və digər müttəhimlər də Pervomaisky Rayon Məhkəməsinin qərarı əsasında azad olunub".

Mia.az