Gürcüstan Prezidenti Salome Zurabişvili yaxın günlərdə azərbaycanlı və erməni həmkarları ilə telefon danışı aparmağı planlaşdırır.
Bunu o, “Rustavi 2” telekanalına müsahibəsində deyib.
“Prezidentlərlə danışıqlar aparmaq vaxtı yetişib. Danışıqlar bu həftəyə planlaşdırılıb. Gürcüstanın hər iki qonşu ölkəyə münasibətdə neytrallığını saxlamağı vacibdir. Ölkələrimizin iqtisadiyyatı və inkişafı bölgədə sabitlikdən asılıdır”, - S.Zurabişvili vurğulayıb/Report.