Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistan ordusunun Gəncə və digər şəhərlərdə mülki əhalini bombalamasına etiraz edib.
Mia.az xəbər verir ki, nazirlik az əvvəl yaydığı açıqlamada belə hücumların beynəlxalq qanunlara zidd olduğunu vurğulayaraq, ermənilərin bununla bütün qanunları pozduğu bildirib: "Ermənistanın bu alçaq hücumlarını qınayırıq".
Türkiyə MN, eni zamanda, Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı vuruşan muzdlu döyüşçülərlə PKK terrorçularının olduğunu bəyan edib: "Ermənistan muzdlu döyüşçüləri və PKK terrorçularını geri göndərməlidir".
Mia.az