Ermənistanda daha 543 nəfər koronavirusa yoluxub.
Mia.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutkada daha 6 nəfər ölüb.
Hazırda Ermənistanda 6068 aktiv koronavirus xəstəsi var.