Fransa prezidenti Emmanuel Makron ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaxın gələcəkdə Dağlıq Qarabağla bağlı bir sıra təşəbbüslər göstərəcəklərini bildirib.
Mia.az xəbər verir ki, Makron bu barədə Avropa İttifaqı sammitinin birinci gününün nəticəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, sammitdə Biz Dağlıq Qarabağdakı vəziyyəti də müzakirə ediblər:
"Mən Avropa Şurası üzvlərinə ATƏT-in Minsk qrupunun üç həmsədrinin - ABŞ, Rusiya və Fransanın ortaq kommünikesi barədə və Ermənistan və Azərbaycanla aktiv vasitəçiliyə keçmək üçün həyata keçirəcəyimiz təşəbbüslər barədə məlumat verdim".