Gürcüstanda son sutkada koronavirusa 87 yeni yoluxma faktı təsdiqlənib, 20 pasiyent sağalıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 917-yə, sağalanların sayı isə 1 354-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib. Aktiv xəstə sayı 518-dir.
Hazırda Gürcüstan üzrə 5 882 nəfər karantində, 390 nəfər isə tibbi nəzarətdə saxlanılır/Report.