Livanın paytaxtı Beyrutda baş verən partlayış zamanı 10-dan çox  yanğınsöndürən itkin düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə şəhərin qubernatoru açıqlama verib.

Bildirib ki, hadisə baş verərkən onlar 2 avtomobildə yanğın yerinə ilk yetişən dəstə olub.

Xatırladaq ki, dünən Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb.