Ukrayna Prezidenti Volodimir Zelenski dron hücumlarına qarşı mübarizə aparmaq üçün Yaxın Şərqə 200-dən çox hərbi mütəxəssisin göndəriləcəyini açıqlayıb.
O, bunu Böyük Britaniya Parlamentində çıxışı zamanı bildirib.
"Hazırda Yaxın Şərq və Fars körfəzi bölgəsində 201 ukraynalı var. Daha 34 nəfər yerləşdirilməyə hazırdır. Bunlar hərbi mütəxəssislərdir, necə müdafiə olunacağını və "Şahed" dronlarına qarşı necə kömək edəcəyini bilən mütəxəssislərdir. Komandalarımız artıq Birləşmiş Ərəb Əmirliklərdə, Qətərdə və Səudiyyə Ərəbistanındadır və Küveytə gedirlər. Biz bir neçə başqa ölkə ilə əməkdaşlıq edirik - artıq razılaşmalar bağlanıb", - deyə Zelenski bildirib./Report