Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdəki eskalasiya fonunda ölkəsinin mövcud şəraitdə Hörmüz boğazının açılması üzrə əməliyyatlarda iştirak etməyəcəyini bildirib.

Bu barədə o, martın 17-də Parisdə müdafiə və milli təhlükəsizlik şurasının iclasında deyib.

Makron bunu ölkələrə müraciət edərək onları Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üzrə tədbirləri dəstəkləməyə çağıran ABŞ Prezidenti Donald Trampın çıxışı fonunda bildirib.

Eyni zamanda, Fransa lideri istisna etməyib ki, vəziyyət daha sabit olanda Paris regionda gəmilərin müşayiəti üzrə əməliyyatlara qoşula bilər.