Livan hökuməti 2 martdan bəri İsrailin hücumlarında ölənlərin sayının 26 nəfər artaraq 912-yə, yaralıların sayının isə 2221-ə çatdığını açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölənlər arasında 111 uşaq və 67 qadın da var idi.

Bəyanatda həmçinin İsrail hücumlarında 38 səhiyyə işçisinin öldüyü, 69 nəfərin isə yaralandığı qeyd olunub.

Tahir Şəlvəli

MİA.AZ