İran İnqilab Keşikçiləri Korpusu "Sadiq Vəd 4" əməliyyatının 59-cu dalğası çərçivəsində İsrail və ABŞ hədəflərinə qarşı yeni hücumlar həyata keçirdiyini açıqladı.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada Beyt-Şemiş, Təl-Əviv və Qərbi Qüds kimi yerlərə, eləcə də İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Bəhreyndəki ABŞ bazalarına raket və dron hücumlarının həyata keçirildiyi bildirilib.

Hücumda silahlı dronlarla yanaşı, İmad, Fəttah və Həcc Qassem raketlərindən də istifadə edildiyi qeyd edilib.

Samir Musayev

MİA.AZ