Türkiyə tərəfindən 20 milyon TL mükafatla axtarılan şəxs Suriya Müdafiə Nazirinin müavini təyin olunub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənın qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi PKK/YPG qruplaşmasının yüksəkçinli döyüşçülərindən Sipan Hemo ötən günmüvafiq əmrlə Suriya Müdafiə nazirinin müavini postuna gətirilib.
Məlumata görə, təyinat YÖG ilə Suriya rejimi arasında anlaşma çərçivəsində həyata keçirilib.
Təyinata rəsmi Ankaranın münasibəti hələ açıqlanmayıb. Lakin buna sərt etirazın olacağı şübhə doğurmur.
Firudin Səfərli
MİA.AZ

