Konqo Demokratik Respublikasının cənub-şərqindəki Lualaba və Haut-Katanga əyalətlərinin sərhədindəki Kakanda mədən çöküb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, çökən mədəndə 12 nəfərin cəsədi çıxarılıb, hələ də dağıntılar altında qalanlar var.
Məlumata əsasən, hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
Xəbərdə deyilir ki, çökməyə səbəb son günlərdə bölgədə yağan güclü yağışlar olub: "Yağış mədən ərazisindəki torpağı yumşaldaraq çökməyə səbəb yaradıb..."
Hüseyn Namazov
Mia.az