İsrail bu gün Livanın cənub və şərqindəki şəhərlərə növbəti hava hücumları həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Livanın NNA rəsmi agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail təyyarələri ölkənin cənubundakı Şimali Burc, Deyr Antar, Zavtar, Zebkin, Şahhabiyyə, Ramali, Arzi, Zarariye, Tayba, Tebnin və Maraka şəhərlərini, eləcə də şərqdəki Baalbak bölgəsindəki Şaat şəhərini bombalayıb: "Bununla yanaşı, İsrail ordusu sərhəd yaxınlığındakı Hiyam, Sadikin, Yatir, Marun Ras, Ayta Şaab, Kantara və Kafre şəhərlərini artilleriya atəşinə tutub. Nəticədə ümumilikdə 20 nəfər həlak olub, 14 nəfər isə yaralanıb".
Tahir Şəlvəli
MİA.AZ