"Bölgədəki ABŞ bazalarını 2 tonluq döyüş başlığı daşıyan Xorrəmşəhr, İmad və Qədr raketləri ilə yenidən zərbələr endirdik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyanat verib.
Bəyanatda deyilir ki, "Sadiq Vəd-4" adı verilən əməliyyat çərçivəsində Amerika ordusunun bazaları Qədr, Xorrəmşəhr və İmad sistemləri ilə məhv edilib.
SEBAH əməliyyatın konkret hədəflərini açıqlamayıb.
Bu arada isə İrandan atılan raketlər səbəbindən Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki hava hücumundan müdafiə sistemlərinin işə salınması açıqlanıb.
Tahir Şəlvəli
MİA.AZ