İran Küveyt ölkənin cənubunda bir binanı PUA ilə vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Küveyt Ordusu Müdafiə Nazirliyinin sözçüsü Polkovnik Səud əl-Ətvan açıqlama verib.

O bildirib ki, Küveytin cənubundakı bir binaya hücumda iki nəfər yaralanıb: "Yaralılar xsətəxanaya yerlşdirlib, durumları orta-ağırdır".

Küveytin Yanğından Mühafizə İdarəsinin sözçüsü Məhəmməd əl-Qərib isə deyib ki, zərbədən sonra binada güclü yanğın olub: "Sakinlər təxliyə edilib, binada baş verən yanğın söndürüldükdən sonra onlar geri dönüblər".

Tahir Şəlvəli

Mia.az