Bu gün Türkiyənin Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonda danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər bölgədəki son vəziyyəti və dünən Türkiyə hava məkanına İrandan yönəlmiş raketlə bağlı müzakirə ediblər.
Məlumata görə, ABŞ Türkiyəyə dəstəyini vəd edib.
Xatırladaq ki, dünən İrandan atılan raket NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirilib.
Firudin Səfərli
MİA.AZ