İran ötən gecə İraqın Süleymaniyyə bölgəsində Birləşmiş Millətlər Təşkilatının binasının yerləşdiyi ərazini PUA ilə vurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, zərbədə ölən və yaralanan olmasa da, bina uyararsız hala düşüb.

Hadisədən sonra Süleymaniyyə valisi Haval Əbu Bəkr bildirib ki, bina əvvəllər Birləşmiş Millətlər Təşkilatı tərəfindən istifadə olunub: "Xalqda çağırış edib deyirəm ki, vurulan əraziyə getməsinlər. Biz artıq III Dünya Müharibəsinin astanasındayıq. Kürdlər bu müharibəyə qarışmamalıdır".

Vali daha sonra ABŞ və İsrailə səslənib: "Biz onlardan müharibələrini ölkəmizə gətirməmələrini tələb edirik"

Firudin Səfərli

MİA.AZ