Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefonda danışıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tərəflər NATO-nun gündəliyindəki məsələlərlə yanaşı, regional və qlobal iməsələlər ətrafında müzakirə aparıblar.
Söhbət zamanı Prezident Ərdoğan Türkiyənin bölgədə İranla bağlı münaqişəni yaxından izlədiyini deyib. O, diplomatiyaya şans verilməsinin davamlı sülh üçün vacib olduğunu təkrarlayıb.
Məlumatda deyilir ki, tərəflər Ankarada keçiriləcək NATO Liderləri Zirvəsinə hazırlıqlarla bağlı da fikir mübadiləsi aparıblar: "Türkiyə zirvəyə layiqincə ev sahibliyi edəcək".
NATO-nun Baş katibi Rutte İranla bağlı davam edən müharibə fonunda müttəfiqlərin təhlükəsizliyinin təmin edilməsinə 360 dərəcə perspektivdən töhfə verməyə davam edəcəyini xüsusi vurğulayıb.
Firudin Səfərli
MİA.AZ