Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, məruzəni ombudsman Səbinə Əliyeva təqdim edir.

Sənəddə Ombudsman təsisatı tərəfindən 2025-ci ildə görülən işlər, vətəndaşların müraciətləri ilə əlaqədar atılmış addımlar və növbəti dövr üçün Ombudsmanın təklifləri yer alıb.

Təqdimatdan sonra deputatlar məruzəni müzakirə edəcəklər.