Türkiyədə daha bir məşhur bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri əmr imzalayıb.

Əmrə əsasən, barəsində cinayət işi açılan və bu səbəbdən həbs olunan Bolu Bələdiyyəsinin sədri, keçmiş CHP-çi Tanju Özcan postundan kənarlaşdırılıb.

Xatırladaq ki, Tanju Özcan və bələdiyyənin 12 işçisi korrupsiya və rüşvət ittihamları ilə saxlanılıb.

Onu da qeyd edək ki, sabiq bələdiyyə sədri vaxtilə CHP-nin sədri Kamal Kılıçdaroğluna qarşı "üsyan"la da tanınır. O, partiya sədrinin ünvanına sərt ittihamlar səsləndirməklə yanaşı, onun istefası üçün piyada yürüş keçirirdi. Bundan sonra o, partiyadan xaric olunmuşdu.

Firudin Səfərli

MİA.AZ