Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatması keçirilib.

Mia.az xəbər veirr ki, Avropanın ikinci dərəcəli futbol turniriin  1/8 final mərhələsinin püşkatması İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında baş turub.

Qeyd edək ki, 1/8 final oyunları 12 və 19 mart tarixlərində oynanılacaq.

Beləiklə, rəqiblər belə müəyyənləşib:

- Ferensvaroş (Macarıstan) - Braqa (Portuqaliya)

- Panatinaikos (Yunanıstan) - Real Betis (İspaniya)

- Genk (Belçika) - Frayburq (Almaniya)

- Selta Viqo (İspaniya) - Olimpik Lion (Fransa)

- Ştutqart (Almaniya) - Porto (Portuqaliya)

- Nottinqem Forest (İngiltərə) - Midtyulland (Danimarka)

- Bolonya (İtaliya) - Roma (İtaliya)

- Lill (Fransa) - Aston Villa (İngiltərə)

Fərid ASLAN

mia.az