İsrail Qəzzanı bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzza zolağının cənub və mərkəzi hissələrinin bombalanması nəticəsində 4 nəfər həlak olub, 10-dan çox fələstinli isə yaralanıb.

Məlumatda deyilir ki, ölənlərdən 3-ü fələstinli polislər olub.

Məlumatda o da deyilir ki, İsrail pilotsuz təyyarəsi  əl-Bureyc Qaçqın Düşərgəsinin girişindəki polis bölməsini də vurub. Buradakı itki barədə isə hələlik məlumat verilməyib.

Tahir Şəlvəli

MİA.AZ