İsrail ordusu işğalda olan İordan çayının Qərb sahilində yerləşən şəhərlərə növbəti dəfə basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  Hebron yaxınlığındakı Tabqa kəndinə etdiyi basqında bir fələstinli açılan atəşlə vurulub.

Məlumata görə, hərbçilər üç nəfər isə döyüblər: "Bu isə kənddə əsgərlərlə gənclər arasında qarşıdurmaya səbəb olub. Gənclər hərbçiləri daşlayıb. Əsgərlər isə onları atəşə tutublar. Saxlanılanlar var".

Xəbərdə deyilir ki, oxşar hadisə Nablus şəhərinin cənubundakı Huvara qəsəbəsində də yaşanıb: "Burada İsrail hərbçiləri  bir fələstinlini döyüb, bir neçə nəfəri isə həbs edib. Saxlanılanlardan biri aktivist Əhməd Samir Avdendir. Onu möhkəm döyərək, özləriylə aparıblar"

Tahir Şəlvəli

MİA.AZ