"Macarıstan dəyərli NATO müttəfiqidir və ümumi təhlükəsizliyə əhəmiyyətli töhfələr verir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Brüsseldəki NATO qərargahında keçirdiyi mətbuat konfransında deyib.

O, Macarıstanın Avropa İttifaqının Ukraynaya 90 milyard avroluq kreditini bloklama qərarı ilə bağlı müzakirə aparıldığını deyib: "Mənim rolum müttəfiqlər arasında müzakirələrə kömək etməkdir. Bundan əlavə, bildiyiniz kimi, müttəfiqlər arasında davam edən müzakirələr zamanı mənim rolum ümumiyyətlə şərh vermək deyil, mümkün qədər kömək etməkdir. Lakin, proses başa çatana qədər bunun uğurlu olub-olmadığını deyə bilmərəm".

O bildirib ki, İttifaq Ukraynaya dəstək məsələsində həll yolu tapmalıdır: "Ukraynaya dəstəyi dayandırmaq omaz. Bu, bizim üçün qəbuledilməzdir".

Samir Musayev

MİA.AZ