Mərakeş tableiyində olan Qərbi Sahara bölgəsindəki Boujdur magistral yolunu bir anın içində çəyirkə sürüsü basıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə sosuial mediada görüntülər yayılıb.
Yayılan görüntülərə əsasən, göy üzü milyonlarla iri çəyirkə sürüləri ilə "bağlanıb". İş o yerə çatıb ki, magistral yolda hərəkətdə olan maşınlarla milyonlarla çəyirkələrin "hədəf"i olublar.
Afrikanın qərb sahilində yaşanan bu hadisəyə rəsmi qurumlar hələlik izahat verməyib.
Firudin Səfərli
MİA.AZ

