Bu gün İsrailə ikigünlük səfərə gələn Hindistanın Baş naziri Narendra Modi hava limanında İsrailin Baş naziri Binyamin Netanyahuya sarılıb.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, hava limanında İsrailin Baş naziri Binyamin Netanyahu və xanımı Sara tərəfindən qarşılanan Modi belə münasibətdən xoşhal olub.

Sevincək olan Modi qarşılanma ilə bağlı sosial media hesabında da yazıb: "İsrailə endim. Hava limanında Baş nazir Netanyahu və xanımı tərəfindən qarşılandığım üçün çox şərəf və qürur duyuram. Hindistan-İsrail dostluğunu güclənəcək. Səmərəli nəticələr əldə edəcək ikitərəfli danışıqları səbirsizliklə gözləyirəm".

Tahir Şəlvəli

MİA.AZ